"Evdə mənim sözüm bir dəfə deyilir"

"Evdə mənim sözüm bir dəfə deyilir"

Əməkdar artist Almaz Ələsgərli qızlarından danışıb.


"APA TV"-nin "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, övladları barədə neqativ fikirlər söyləyən insanlara heç bir zaman cavab vermir:

"Hamının övladı var. Balalarımız bizim ən yaralı yerimizdir. Kim ki, övlada söz atır, pis nələrsə deyir, o insan deyil. Bütün valideynlər istəyir ki, övladın qarşısında gözü kölgəli olmasın. Qızlarım barəsində pis nələrsə deyənlərə fikir vermirəm. Bir qızım xaricdə həkimlik işində işləyir, elə orada da qalır. Artıq xarici vətəndaşdır. Elə 2-ci qızımın da səfəri oradır. Orada oxuyacaq".

A.Ələsgərli bir müddət öncə qızları barədə söylədiyi "Onları döymüşəm" sözlərinə də aydınlıq gətirib:

"Əlbəttə ki, uşağa balaca vaxtı sillə olmalıdır. Kim deyə bilər ki, uşağını vurmayıb. Belə bir deyim də var ki, qızını balaca vaxtından döyməsən, sonra dizinə döyərsən. Demirəm ki, uşağı döy, əzişdir. Mən elə etməmişəm. Elə indiyə qədər övladlarım mənim bir baxışımdan hər şeyi anlayırlar. Elə bilirsiniz ki, elə onların üzünə gülürəm? Evdə mənim sözüm bir dəfə deyilir. Onlara da demişəm ki, 2-ci dəfə mən söz deməyəcəm. O da onların beynində qalıb. Elə etməsəydim, indi onlar mənə hörmətlə yanaşmazdılar. Mən indi rahatam. Çünki qızım insanlar içinə çıxır və nə danışacağını da bilir. Mən övladlarımdan çox arxayınam. Çünki vaxtında onlara hər şeyi verə bilmişəm".

Qeyd edək ki, A.Ələgərlinin iki övladı var. Onun böyük qızı Mədinə İsveçrədə, kiçik qızı isə Bakıda yaşayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az