Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçinin 39 yaşı tamam olur. Qaraçuxurlu təəssüratlarını sosial şəbəkədə paylaşıb:
"Bu illərin çoxunu özümdən çox başqalarına həsr etdim. Əvəzində isə özümə qarşı nankörlük və pislik gördüm. Həyatlarını qurtardığım, həyatlarını həyat etdiklərim, bir az güc yığan kimi mənə cırmaq atdılar. Kimsəylə düşmənçilik etmədim. Yalandan üzümə gülənləri, mənə düşmənçilik edənləri açıq şəkildə qəlbimdə tanıdım, amma heç bir addım atmadım. Məni hər bir çətinlikdən Allahım qorudu. Kişi xasiyyətimi qoruyaraq heç kimə cavab vermədim. Az olsa da artıq özüm üçün yaşamağa başlamışam. Məni sevən tamaşaçılarım var. Bu, nəyin bahasına olursa olsun şəxsiyyətimə, sənətimə verdiyim dəyərə görə Allahımın dəyişməyən hədiyyəsidir. Doğmalarım, yaxşı ki varsınız. Sizinlə çox xoşbəxtəm".
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































