Adı "Ginnesin rekordlar kitabı"na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvan Laçın Abdulhüseynov və qardaşı Hüseyn bu dəfə "Georgia Got Talent"a gedib.
Axşam.az-ın məlumatına görə, "Azəri qardaşlar" adı ilə qatılan pəhləvanları münsiflər Azərbaycan dilində salamlayıblar.
Laçın və Hüseyn Amerikada da yarışmada yer aldıqlarını deyiblər.
Qardaşların çıxışı münsifləri şoka salıb. Onların şousunu münsiflər heyrətlə izləyiblər. Pəhləvanlar növbəti mərhələyə keçə biliblər.
Qardaşlar saytımıza açıqlamasında bildiriblər ki, növbəti səfərləri İtaliyaya olacaq.
Qeyd edək ki, Laçın və Hüseyn qardaşları Ukraynada istedad şousuna qatıldıqdan sonra ABŞ-da "America Got Talant"da da yer almışdılar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































