Xalq artisti Məleykə Əsədova qızı Gülərdən danışıb. Lent.az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan aktrisa bildirib ki, övladının dərsləri ilə yaxından maraqlanır: "Hər zaman deyirəm ki, peşəndən aslı olmayaraq övladına daim vaxt ayırmalısan. Çünki övlad valideyndən var-dövlət istəmir, bolluca sevgi istəyir. Ona görə də bir çox çəkilişlərdən imtina edirəm. Qız övladı böyüdürəm. Diqqətim onun üzərində olmalıdır. Dərslərini ingilis dilində oxuyur, bütün diqqətim onunladır. Məktəbdə iclaslarına gedirəm. Qızım dərslərini çox yaxşı oxuyur.
M.Əsədova bildirib ki, qızı nazir olmaq niyyətindədir: "Qızım mənim peşəmi davam etdirmək istəmir. Bu yaxınlarda qızımdan soruşdular ki, nə olmaq istəyirsən? O da dedi ki, nazir olmaq istəyirəm. Ən aşağısı millət vəkili olmaq fikrim var. Mən xoşlayıram ki, daim uşaqlar yüksək yerləri özlərinə hədəf olaraq seçsinlər. Özünə də demişəm ki, yüksək vəzifə istəyirsənsə, yaxşı oxumalısan".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































