Neslihan Bakıda - FOTOLAR

Neslihan Bakıda - FOTOLAR

Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıdadır.

"Qafqazinfo" xəbər verir ki, aktrisa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, Bakını çox bəyəndiyini qeyd edib: "Bu ölkəyə daha əvvəl niyə gəlmədiyimi fikirləşdim. Çox təmiz və səliqəli bir şəhərdir. Bu da xüsusi diqqətimi çəkdi. Sosial media vasitəsilə Azərbəycanda sevildiyimi bilirdim, ancaq bu qədər olacağını gözləmirdim.

Gözəl olmağın sirri mənim üçün yaxşı yatmaq, bol su içmək və sağlam qidalanmaqdır".

O, evliliyi ilə bağlı suala da cavab verib:

"Yeni evləndim və evlilikdən bir həftə sonra setlərə qaçdıq Kadirlə (Kadir Doğulu). İndi həm bir az istirahət etmək, həm də evliliyimə vaxt ayırmaq istəyirəm. Hobbilərim var və bir müddət onlarla məşğul olacam.

Bəzən hədsiz yorğun oluram və divandan qalxmadığım vaxtlar olur. Çox həyəcanlı biriyəm, enerjimi həyəcanımdan alıram.

Kadir Doğuluyla münasibətimizdə ən böyük avantajımız yaxşı söhbət edə bilməyimizdir. İkimiz də həm bir-birimizə, həm də işimizə aşiqiq. Vaxtımızın az olmasını da sevgimizin cilvəsi adlandıraq".

Aktrisa uşaqla bağlı planlarından da danışıb:

"Biz hələ yeni evliyik və uşaqla bağlı planlar qurulmasının nə qədər doğru olduğunu bilmirəm. Ancaq istəyərik, olarsa nə xoş. Uşaq ailədə yeni nəfəs deməkdir".




Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az