Sevgilisi "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilən və həbs edilən müğənni Fədayə Laçına sənət dostları dəstək olublar.
Axşam.az-ın məlumatına görə, müğənnilər sənətçi ilə bağlı paylaşımlar edərək, onun saf sevgisinin qurbanı olduğunu yazıblar.
Bu dəfə müğənni Nadir Qafarzadə Fədayə ilə bağlı paylaşım edib və bu sözləri yazıb:
"Can, Fədayə! Sadəlövh, sənətinin dəlisi, sənətinin cinayətkarı, aşiqi... Bülbül səslim, Laçın yanğısıyla alışıb-yananım... Sevgisini qorumaq üçün qurbana çevrilən Fədayəm. İnanıram ki, günahsızlığın sübuta yetiriləcək və bəzi səni qınayıb, tənqid edənlər dediklərindən utanacaqlar. Allah bağlı qapılarını açsın, inşallah!".
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































