Əməkdar artist Firuzə İbadova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Mediainfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni "Səhər səhər" verilişində deyib ki, Dubayın üçüncü şeyxi ona elçi düşüb:
"Dubaya toya gedəndə üçüncü şeyx gəlmişdi ora. Şeyx dedi ki, onu burada qoyun gedin, onu alıram. Məndən soruşdu ki, ərin var? Dedim ki, rəhmətə gedib, torpağın altındadır".
F.İbadovanın duet ortağı, əməkdar artist Cavanşir Məmmədov müğənniyə dəfələrlə elçi düşdüyünü söyləyib:
"Firuzə xanımı çox istəyən olub. Bir dəfə toyda mənə yaxınlaşdılar ki, Firuzə xanımla rəqs edə bilərəm? Dedim ki, olar, təklif et. Deyir ki, mən onu cavan yaşlarımdan sevmişəm. Dedim ki, özünə de. Çox da mədəni adam idi. Qayıtdım ki, vaxtında alardın Firuzə İbadovanı, indi oturardı evində.
Əli Mirəliyev də Firuzə İbadovanı sevib. Bunlar yeni mövzular deyil. Firuzə xanımı bütün Azərbaycan sevib".

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































