"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Nərgiz Abdullayeva modelləri qınayanlara söz atıb:
"Xalqımız bizi niyə dəstəkləmir? Elə hər zaman bizi pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Axı bizim modellərimizin onlardan nəyi əksikdir? Modellik mənim üçün sonradan yaranan bir şey olmayıb. Uşaqlıqdan istəyim, arzum, xəyalım olub. Xəyalların reallaşıb. Uğurlar əldə etmişəm. Bu sahədə ailəm də mənə dəstək olur".
Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı belə olub:
"Mən şəkillərimin şərh yerini bağlamışam. Yazırlar ki, soyunmaqla modellik soyunmaq deyil. Əslində bu, səhv fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Bizim insanlar niyə belə danışırlar, anlamıram. Açıq-saçıq şəkillər paylaşan kimi yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyir. Əgər təklif mənə gəlibsə, niyə də etməyim".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































