"Kamranın arxası güclüdür" - Samir Piriyev

"Kamranın arxası güclüdür" - Samir Piriyev

"Kamran, bilmirəm, söhbət hansı türkdən gedir. Amma onu deyə bilərəm ki, heç kəs bu gün bir manat pulunu tanımadığı adama verməz. Bəs mən 115 min dolları tanımadığıma verərdim? Ərhanı Türkiyədə həbs eləyəndə deyib ki, pulu Kamrana verib, ondan istəsin".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samir Piriyev aparıcı Kamran Həsənlinin ünvanına yazıb.

Sənətçi ondan 115 min dollar aldığını dediyi aparıcını yalan danışmaqda günahlandırıb:

"Kamrana iki dəfə dedim ki, səndən şikayət edəcəyəm. Bir dəfə 15 min dollar gətirdi, bir dəfə isə 20 min dollar əvəzinə sürdüyü maşını verdi. Borcu yox idisə, niyə verirdi? Deyir, mən də şərik idim. Bircə sənəd göstərsin ki, o da Ərhanla şərik idi? Ümumiyyətlə, danışdığı Ərhan kimdir? Həmin şirkətdə hansı vəzifəni daşıyır? Kamrana Bakıda pulu verdim. Bir həftə sonra dedi ki, şirkət iflas oldu. Belə təsadüf olar? Kamranın arxası güclüdür, bilirəm, mən isə Allahıma inanıram".

Qeyd edək ki, K.Həsənli açıqlamasında Samiri yalan danışmaqdagünahlandırıb.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az