"Meyxanadan yox, müğənnilikdən gəlir gəldi"

"Meyxanadan yox, müğənnilikdən gəlir gəldi"

ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi müğənni Asif Məhərrəmov olub.

Əvvəllər meyxana deyib sözün üzərində ayaqyalın gəzən Asif Məhərrəmov Üzeyirlə duet oxuduqdan sonra müğənniliyə başladığını etiraf etdi.

"Mən əvvəllər sırf meyxana demişəm. 2011-ci ildə Üzeyir Mehdizadə ilə duet oxuduq. Gördüm ki, meyxanadansa, oxumaq məndə daha yaxşı alınır. O vaxtdan müğənniliyə keçdim. Hərdən bir deyişmə ola bilər, xeyli vaxtdır meyxana ilə məşğul deyiləm.

Gəlir daha çox müğənnilikdən gəldi, meyxana tərəfdən yox. Bu gün meyxana ilə üzə çıxmaq, tanınmaq bir qədər çətindir. Oxumaq elədir ki, əgər səsin varsa, oxumağın yolunu bilirsənsə, üç mahnıdan birini "tutuzdura bilərsən"".

Milli.Az bildirir ki, bəzilərinin Asifə özündənrazı insan olduğunu deməsinə müğənni tutarlı cavab verib. Nə özündən razı, nə də narazı olduğunu söylədi.

"Mən hər yerdə demişəm ki, Allah təkəbbürlü insanları sevməz. Mən özümdən razı insan deyiləm, eyni zamanda özümdən narazı da deyiləm. Kimsə mənə hansısa sözü deyibsə, sözün deyiliş forması var, o formaya uyğun cavab vermişəm. Qeyri-mümkündür ki, qarşımdakı insan mənə nəyisə normal desin, mən durum ona əksinə cavab verim".

Asif Məhərrəmovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az