Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayev ikinci həyat yoldaşı Günaydan ayrılıb.
Axşam.az-ın məlumatına görə, Rəvanın bununla bağlı açıqlamaları sosial şəbəkədə müzakirə olunub.
Həmin paylaşımlardan birinin altında sənətçinin keçmiş həyat yoldaşının şərhləri diqqət çəkib. O, ərini gecələr evə gəlməməkdə günahlandırıb:
"Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz.
Sən Allah üçüncü dəfə də evlən. Atan, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan? Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan".
Qeyd edək ki, R.Qarayev ötən gün "Show time" verilişində şəxsi həyatı barədə danışarkən boşandığını, hazırda subay olduğunu demişdi:
"Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































