ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin aparıcısı Elgiz efirdə bu yaxınlarda başlarına gələn qorxunc bir hadisəni danışıb.
Milli.Az xəbər verir ki, aparıcı Şəkidə gecə saatlarında itlərin hücumundan necə yaxa qurtardıqlarını tamaşaçılara açıqlayıb:
"Bir insan bizi kollektiv şəkildə Şəkiyə qonaq çağırmışdı. Təsəvvür edin, gecə saat 2-də Gülarə xanım, Əli müəllim və mən Şəkidə bir otelə dedik piyada gedək. Gülarə xanım bizdən qabaqda iti-iti körpünün üstü ilə gedir. Heç demə, körpünün altında su da yox imiş. Bu vaxt təxminən 10 it bizə hücum etdi. Əli müəllim məndən qabaqda idi. Mən elə qorxdum ki, özümü körpüdən atmaq istəyirdim. Fikirləşdim ki, su var orada. Düşəcəm suyun içinə, nolacaq ki, sonra sudan çıxaram. Elə özümü atmaq istədiyim an Əli müəllim necə hücum etdisə bu itlərin üstünə, itlər gözdən itdi".
Qeyd edək ki, verilişdə ekspert qismində çıxış edən Əli Mirəliyev Elgizin bu açıqlamasını təsdiqləyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































