1993-cü ildə Suriyadakı bir qaçqın düşərgəsində dünyaya gələn iraqlı Viviyan Nouri Hollivuda qədər uzanan həyat hekayəsi ilə bütün diqqətləri üzərinə çəkib.
24 yaşlı gözəlin ailəsi 1991-ci Körfəz Müharibəsindən sonra Suriyaya sığınıb. 1995-ci ildə isə Yeni Zelandiya tərəfindən qaçqın kimi qəbul edilib. 4 yaşlı Viviyan da elə burada musiqi ilə maraqlanmağa başlayıb və gələcəyinin bünövrəsini qoyub.
O, 16 yaşında Yeni Zelandiya prezidentinin də qatıldığı bir tədbirdə çıxış edib. Daha sonra kompüter mühəndisliyi təhsilini yarımçıq qoyaraq ABŞ-a gəlib və müğənni kimi karyera qurmağa cəhd edib.
Burada Hollivud prodüserlərinin diqqətini çəkən Viviyan qısa müddətdə ən məşhur filmlərin saundtreklərini ifa etməyə başlayıb.
Qaçqın düşərgəsində doğulan bu gözəlin uğur hekayəsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. /publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































