Müğənni Səidə Dadaşova "Günə davam" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi aparıcı Ülvira Qarayevanın "Sənə belə suallar ünvanlanır: Rəsmi nikahı var? Uşağının atası kimdir? Bunları təsdiqlə" sözlərinə etiraz edib.
O bildirib ki, ailəli olub-olmadığı haqda yayılan söz-söhbətlər onu maraqlandırmır: "Təsdiqləmək məcburiyyətində deyiləm. Deyim, camaat bilirsiz ərdəyəm, uşağım yanımdadır? Əqli yerində olan insanlar bilir ki, ərdəyəm. Anormal insanlar başqa cür düşünür.
Yoldaşım ilk həyat yoldaşından boşanıb. Bizim övladımız olmazdan əvvəl ayrılıblar. Onun övladı olduğu üçün bir az məhkəməsi uzanmışdı. İndi uşaqları ilə əlaqəsi var. Mən onları öz övladımdan ayırmıram. O birilər də oğlandır. Oğlumu o qədər çox istəyirlər ki, görəndə duz kimi yalayırlar. Bizim evə də gəlirlər. Tətildə tez-tez bizdə olurdular. İndi oxuyurlar, arada-sırada gəlirlər. Heç keçmiş həyat yoldaşı da buna mane olmur. Düşmən deyilik. Dost deyilik, amma bir-birimizin hörmətini saxlayırıq.
Evdə kişinin sözü keçər, hər şeyi tənzimləyər. Ev işlərini qadın edər".
Dadaşova oğlu Rafaelin atası ilə rəsmi nikahı olmadığını söyləyib: "Bu dəqiqə gedərəm rəsmi nikaha. Dini kəbin var, rəsmi nikahımız yoxdur".
Səidə Türkiyə vətəndaşı olan ilk həyat yoldaşından danışıb: "Mənim ilk həyat yoldaşım alfons idi. Kişiliyinə yaraşan hərəkətlər etmədi. Məni gözdən salmaq istəyirdi. Deyirdi, Səidəyə 25 min xərclədim. Kreditə aldığı maşın da mənim adıma idi. Mənim kimi yem əlindən çıxdı. Dedi, şantaj edəcəm. Elə bildi qorxub ayrılmayacam. Dedim, get, nə istəyirsən et. Onunla pul xatirinə evlənsəydim, oturardım Türkiyədə".
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































