Əməkdar artist Firuzə İbadova qızı Hülyanın ailəsinin dağılmasından danışıb.
Axşam.az-ın məlumatına görə, "10-dan sonra" verilişinin qonağı olan müğənni valideynlərin gənc ailələrə müdaxiləsi ilə bağlı fikirlərini bölüşüb:
"Qız anaları bir az təvazökar olmalıdır. Qız bir ocağa gəlin gedir. Orada qayınanın dediyi 70% olmalıdır. Qız anasının sözü 30-40% olsa, bəs edər. Yaxşı olar ki, analar öz övladlarına doğru istiqamət göstərsin. Mən qızımın ailə işinə cəmi bircə dəfə qarışmışam. Dedim ki, bunlar ayrı yaşamalıdır. Bəzi fəsadlara gətirib çıxarmaması üçün belə söylədim. Razılığa gəlmələri mümkün olmadı. Allah onu da, mənim qızımı da xoşbəxt eləsin. İstəməmişəm, övladım nədənsə əziyyət çəksin. Hər şeyi mənə deməsə də, görmüşəm ki gözlərində kədər, həsrət var, gizlicə ağlayır. İstəmişəm, istiqamət verim. Ancaq görmüşəm ki, istiqamət verilməli bir şey yoxdur. Hər şeydən yaxşısı susmaqdır.
Bircə dəfə ərinin ailəsinə dedim ki, bu oğlan üçün gərək heç kimin qapısına, özü də mən yazığın qapısına gəlməyəydiz. Amma ortada böyük hörmət var, onlara hörmət edirəm. O da çox ağıllı, savadlı, kamallı oğlandır. Amma kaş mənim qapıma gəlməyəydi, gedib öz tayını tapaydı".
Qeyd edək ki, Firuzə İbadovanın qızı Hülya 2008-ci ildə Kanadada yaşayan Cavid adlı şəxslə ailə qurub. Əri ilə 2010-cu ildə boşanan Hülyanın Hökumə adlı qızı var. Cütlüyün ayrılmasına səbəb müğənninin qızının ondan ayrı Kanadada yaşamaq istəməməsi olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































