"Çox təəssüf ki, "Maşın şou" verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır".
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, iştirakçılar bir çox hallarda qarşılıqlı yersiz ittihamlara yol verməklə efir etikasına zidd situasiya yaranmasına səbəb olurlar: "Təəssüf ki, aparıcı bu cür halların qarşısının alınmasına çalışmır. Bütün bunlar isə tamaşaçılara qarşı hörmətsizlikdir. Adətən qalmaqallı davranışları ilə tanınan şou-biznes nümayəndələrinin, bəzi jurnalistlərin, aktyor və aktrisaların məqsədyönlü şəkildə şouda iştirakı neqativ hallara səbəb olur".
Şöbə müdiri qeyd edib ki, şounun iştirakçılarının düzgün seçilməsinə və ümumilikdə şounun teleradio yayımı haqqında qanunvericiliyin tələbləri çərçivəsinə salınmasına ciddi ehtiyac var: "Hiss olunur ki, şounu hazırlayan prodakşn yayımçıya öz şərtlərini diktə etməkdədir. "Maşın şou"da sponsor reklamlarının həddən artıq olması da diqqəti cəlb edir. Şouda bəzən sponsor reklamı qanunvericilikdə müəyyənləşdirilmiş normadan 7-8 dəfə çox verilir. Bütün bunlar monitorinq qrupunun diqqətindədir və müvafiq şəkildə arayışlar tərtib olunur".
Qeyd edək ki, "Maşın şou" verilişi ATV telekanalında yayımlanır. Verilişin aparıcısı Murad Dadaşovdur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































