Xəbər verdiyimiz kimi, "O səs Türkiyə" yarışmasında münsiflərdən Yıldız Tilbe və Gökhan Özoğuz arasında mübahisə yaşanıb.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Y.Tilbenin balkan mahnıları oxuyan iştirakçıya "Sən türk imişsən, belə olduğunu bilsəydim, dönərdim. Elə bildim xarici vətəndaşsan" deməsi Gökhanı özündən çıxarıb.
O, "Yarışmaya xarici vətəndaşlar da gəlir. Niyə bəyənmirsən" söyləyərək həmkarına etirazını bildirib.
Verilişin aparıcısı Acun Ilıcalı sosial mediada məsələyə münasibət bildirib və Yıldız Tilbeni müdafiə edib:
"Yıldız Tilbe xarici dil bilmədiyini, buna görə də əcnəbi dildə oxuyan iştirakçılara dönmədiyini sööyləyib. Səmimi söylənən ifadənin "irqçiliklə" nə əlaqəsi ola bilər? Birinə irqçi damğası vurmağa çalışma iftiradır və əxlaqdan kənardır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































