Tanınmış aktyor Elnur Kərimov sosial şəbəkədə aparıcı Rövşanə Bektaşidən şikayət etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, ARB kanal rəhbərliyinə müraciət edərək bunları yazıb:
"Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə teatrdan danışmaq üçün onu tanımalısan. Məlumatın olmalıdır ki, teatr sahəsində hansı islahatlar, qastrollar, tamaşalar var.
Danışılan mövzu və "Bu, mənim şəxsi fikrimdir" deyərək düşüncəsizcə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır. Mən də dərhal ARB kanalının "Səhər-səhər" proqramının prodüseri ilə əlaqə saxlayıb, narazılığımı bildirdim. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa onu tanıyır".
Qeyd edək ki, aktyorun etirazına səbəb Rövşanə Bektaşinin canlı yayımda teatrlara "ilişməsi" olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































