"ATV"-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib.
Qafqazinfo-nun məlumatına görə, bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.
N.Əliyevanın "Jeep Wrangler" markalı avtomobilinin şüşələri sındırılaraq, içərisindən dəyərli əşyalar və pul oğurlanıb. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.
Aktrisa artıq polis şöbəsinə də müraciət edib: "Olay "Beşmərtəbə" tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































