Xalq artisti Faiq Ağayev əməkdar artist Röya Ayxanla aralarında yaşanan qalmaqaldan danışıb.
Axşam.az xəbər verir ki, "Zümrüd və Suat" şounun qonağı olan müğənni bildirib ki, söz-söhbətlərdən uzaq qalmağa çalışır:
"Baş verən hadisələr mənim mübarizə, özümü təsdiqləmə yolum idi. Kimsə irəliyə getmək istəyəndə ayağının altını 10 metr uzaq məsafədən qazmağa başlayırlar. Bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən, xalq artisti adını qazanandan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermək düzgün çıxmır.
Son vaxtlar isə mən heç ad deməmişdim. El misalı var, "Sözünü de, sahibi götürəcək". Yiyəsi sözü necə götürdüsə, məndən nə cavab aldısa, xoşagəlməz bir hadisə yaşandı. Gördüyünüz kimi, söhbət xırt kəsildi".
Qeyd edək ki, F.Ağayevin "Azərbaycanda konsertdən pul qazanan üç ifaçıdan biriyəm" sözlərinə R.Ayxan sərt cavab vermişdi. Röya qarşı tərəfə "Bu günə kimi hörməti qorumuşamsa, elə də olacaq. Amma çox qaşıma" sözlərini deyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































