Müğənni-bəstəkar Emin Ağalarov keçirdiyi "Jara" festivalına xərclədiyi məbləği açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi "Forbes" dərgisinin Rusiya versiyasına müsahibəsində bildirib ki, festival zamanı xeyli xərcə düşüb:
"Bu il "Jara" festivalına 5 milyon dollar xərclənib. Ötən il festivala 2,6 milyon dollar pul xərcləndi. Onun 1,2 milyonunu bilet satışından və sponsorlardan geri qaytara bildik. Keçən il 1,4, bu il isə 2,5 milyon dollar ziyana düşmüşük. Bu festival eyni zamanda mənim sahibi olduğum otelin reklamıdır".
Emin bildirib ki, gələcəkdə festivalı daha da genişləndirməyi planlaşdırır:
"Bu işə digər bizneslər kimi baxıram. Bunun üçün uzun illər lazımdır. Hansısa otel 10-12 ildən sonra gəlir verir. Daşınmaz əmlakda isə özünü tutmaq üçün 8-10 il lazımdır.
Festival da inkişaf edir. Əgər hər şey belə davam etsə, gələcəkdə onu beynəlxalq edəcəm, xarici ulduzların konsertlərini keçirəcəm. Bunun üçün Amerika kanalları ilə danışmaq, yayımı orada da etmək lazımdır.
Festival ildən-ilə inkişaf edəcək, beləcə, mən də "Jara"dan qazana biləcəm".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































