Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) səhhəti pisləşib.
Mediainfo.az xəbər verir ki, bu haqda xanəndənin qızı Aygün Abdullayeva "Günün sədası" proqramında deyib. O bildirib ki, atasının ağrıları çoxdur və buna görə də yalnız dərmanlarla yatızdırılır:
"Atam ağır vəziyyətdədir. Qanqrenadan əziyyət çəkir. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır. Vəziyyəti çox pisdir. Atamızı heç vaxt belə görməmişik, əziyyət çəkirik. Atam xalq üçün dəyərli sənətkar olub".
Aygün Abdullayeva əlavə edib ki, xanəndənin ürəyində və qaraciyərində ciddi problem var, böyrəklərindən biri işləmir:
"Müalicə dayandırılıb. Həkimlər əlindən gələni edib. Bu xəstəlik qarşısında həkimlər də aciz qaldı. Ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustinda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.
Ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub".
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























