Natavan Aygün Kazımovaya söz atdı?

Natavan Aygün Kazımovaya söz atdı?

Müğənni Natavan Həbibi İnstaqram səhifəsindəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi 2014-cü ildə "Crystal hall" səhnəsinə çıxdığını vurğulayaraq videosunu yayımlayıb:

"Və budur... Düz 6 gündən sonra möhtəşəm "Crystal hall" səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq - 27.09.2014. Belə səhnələrin yalnız xaricdə yox, Azərbaycanımızda da olması, incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ili yaradıcılığımda "konsertlər ili" elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır".

N.Həbibinin paylaşımına izləyicilərin bəziləri tənqidlər yazıb, bəziləri isə sənətçinin tərəfini tutub. Bir çoxları isə onun bu gün "Crystal hall"da konserti olacaq xalq artisti Aygün Kazımovaya söz atdığını vurğulayıb. Bir az keçdikdən sonra Natavan paylaşımındakı şərhləri bağlayıb.

O, növbəti görüntüsünü yayımlayaraq özünü müdafiə etməyə çalışıb:

"Öncəki paylaşımımın bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan edərdim. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt paylaşmağa haqqım var - 3, 5 və ya 10 il sonra. Zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da onun şəxsi işidir. Hər kəsə yaradıcılığında uğurlar, Allah heç kəsin əziyyətini yerdə qoymasın. Heç bir narahatçılığa və narazılığa səbəb yoxdur. Heç kimin əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, bahalı bə əziyyətli olduğunu bizdən başqa bilən olmaz".

Qeyd edək ki, A.Kazımova bu gün yaradıcılığının 30 illiyi münasibətilə "Crystal hall"da solo konsert verəcək. Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir. Müğənninin geyimlərini modelyer Rüfət İsmayılov hazırlayacaq. Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Konsertin musiqi prodüseri əməkdar artist, "Rast" qrupunun rəhbəri Rəşad Haşımovdur.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az