Yeni sezonda "5/5" verilişinin ilk buraxılışı ilə efirə qayıdan Zaur Kamalın qonaqları xalq artistləri Ağadadaş Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artist Elnarə Abdullayeva və Telli Borçalı olub.
Milli.az xəbər verir ki, qalmaqallı aparıcı Zaur Kamal verilişinin mövsümdə ilk buraxlışının qonağı olan sənətçilərə etdiyi "sürpriz"lə onları şok edib. Belə ki, aparıcı hər dörd qonağının maşınları ilə etdikləri qayda pozuntularını (radar, MMX) açıqlayıb.
Zaurun "Ağadadaş Ağayevin 3 MMX-si var. Azadlıq prospektində qırmızı işıqdan keçib. "3 bal" - 60 AZN cəriməsi var" sözləri xalq artisti Ağadadaş Ağayevi özündən çıxarıb. Səsini ucaldan sənətkar aparıcıya "Bizi bura niyə çağırmısınız? Mənim burda olmağımın radarla nə əlaqəsi var? Biz musiqi aləmində radara düşmüşük" sözləri ilə irad tutub.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































