Tanınmış teleaparıcı İlhamə Bədəlovanın "AA" seriyalı avtomobil idarə etməsi bir mənalı qarşılanmayıb.
Aparıcının bu nömrəni haradan və kimdən aldığı müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı teleaparıcının özü ilə əlaqə saxlanılıb. İlhamə Bədəlova deyib ki, mətbuatda yazılanların ona dəxli yoxdur:
"Bu haqda ümumiyyətlə danışmaq istəmirdim. Kim nə istəyir yazsın. Mən artıq məhkəməyə hazırlaşıram. Sosial şəbəkədə şərh yazan hər kəslə məhkəmədə görüşəcəm. Qoy o yazdıqları yazıları əsaslandırsınlar. Məni təhqir edənlərə o təhqiri yedizdirəcəm. Mən uşaq deyiləm. O yazanlar bir cümlənin ən azı birini sübut etsin, o biri cümlələri onlara bonus verəcəm"
İlhamə bir ara şou verilişi aparsa da, daha sonra səhiyyə verilişi ilə tamaşaçıların önünə çıxıb. Hətta iddia olunur ki, aparcının Səhiyyə Nazirliyi ilə yaxın əlaqələri var və nömrəni də ona Səhiyyə Naziri Oqtay Şirəliyev hədiyyə edib.
Aparıcı bu məlumatı da təkzib edib və onu yayanları səviyyəsiz adlandırıb: "İnsanların ağzı torba deyil ki, tikim. Hamısı səviyyəsizdilər ağızlarına nə gəldi danışırlar. Mən nə edə bilərəm. Sadəcə deyə bilərəm ki, kim nə yazır, kim nə deyir ehtiyyatlı olsun, bütün yazılar saxlanılır, hamısına görə cavab verəcəklər."
Teleaparıcı "AA" seriyalı nömrəni nəcə əldə etməsinə sualına isə cavab verməyib. (azxeber)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































