"Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək".
Bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb.
Sənətçi mentalitetdən bəhs edib:
"O qədər normal sayılacaq şeyləri - məsələn ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırmadınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız.
Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə "seks-turizmə" də başladıq?
Onsuz da dünya ictimaiyyətinin gözündə "işğal olunmuş" (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra" Martirosyanların" Rusiya kanallarında Bakını "rahat sex" şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb.
Dəyər axtarıram ki, bizi özümüzə gətirsin". (axşam.az)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































