Xalq artisti Brilyant Dadaşova erməni qarmon ifaçısı Şahbazyanın paylaşımlarını bəyəndiyinə və müsbət şərhlər yazdığına görə onu tənqid edənlərə cavab verib.
Kult.az xəbər verir ki, müğənni İnstaqram səhifəsində yazıb:
"Əziz dostlarım, məni qara piar edən "psevdo vətənpərvərləri" qınamayın. Əlbəttə ki, onlar döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə və döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar. Çünki göndərsən, bunların heç biri o döyüş medanına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram".
Qeyd edək ki, B.Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altına ürək, əla işarələri düzməsi və "super" yazması səbəbindən sosial şəbəkə istifadəçilərinin kəskin tənqidi ilə üzləşib. Müğənni sonradan tənqidlərdən yaxa qurtarmaq üçün öz profilində müəyyən dəyişikliklər edib. Maraqlı məqam odur ki, Dadaşova ilə bərabər Şahbazyan da öz profilini qapalı edərək, müğənini öz izləyiciləri arasından çıxarıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































