Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.
"Xəzər Maqazin"ə açıqlama verən ifaçı bunları deyib:
"Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Bilsəydim, məni bu qədər ərə vermək istəyirsiniz, çoxdan ailə qurardım. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki... O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı".
Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:
"Bir-birindən fərqli 2 toy olacaq. Toyuma hamını çağırmayacağam. Mənim yaxşı günümə sevinən, səmimiyyətini hiss elədiyim insanları dəvət edəcəyəm. Bir neçə insan var ki, sual altındadır: çağırım, ya çağırmayım? Toyum mediaya qapalı olacaq. Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacağam".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































