Dünya məşhurları Zəhradan yazdı

Dünya məşhurları Zəhradan yazdı

Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhra Quliyevanın qətlinə dünyanın məşhur simaları da səssiz qalmayıb.

Məşhur türk müğənnisi Hülya Avşar İnstaqram səhifəsində Zəhranın fotosunu paylaşaraq, azərbaycanlı iş adamı Mübariz Mənsimovun fikirlərini yazıb:

"Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq bu hadisə cəzasız qalmamalıdır. 2 yaşında bir uşaq vəhşicəsinə qətlə yetirilib. Bu, insanlığa sığmayan bir hücumdur. Bunu bütün dünya bilməli, görməli və səssiz qalmamalıdır".

Türkiyənin digər bir məşhur müğənnisi Hadisə faciəni, ağrısını bu sözlərlə çatdırıb:

"Canım yanır... 2 yaşlı körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur! Dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm".

"İnter" klubunun braziliyalı futbolçusu Denis Silva da Alxanlı faciəsinə diqqət çəkib:

"Füzulinin Alxanlı kəndi üçün dua edin".

"Qarabağ" klubunun yeni transferi Vilde-Donald Qerye də İnstaqram hesabından baş vermiş hadisə ilə bağlı #Stopkillinq #stoptkraym #stopterrorizm haştaqı ilə mətn paylaşıb.

Qeyd edək ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinə mərmi atması nəticəsində həlak olub. (axar)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az