Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub. Criminal.az-ın verdiyi məlumatına görə, N.Eminoğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb. N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.
Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni Damla ilə də əlaqə saxladı. İfaçı bildirdi ki, N.Emiloğlu barəsində şikayətçi olmayıb: "Qabaqcadan razılaşdıq ki, konsertimin təşkilatçılığını Nahid eləsin. Daha sonra mən İstanbulda olanda Nahid zəng elədi ki, konsert ediləcək məkanı dəyişək. Mən də razı olmadım. Çünki konsertin yetəri qədər reklamı getmişdi, biletlərin çoxu da satılmışdı. Elə oldu ki, qarşılıqlı razılaşma nəticəsində konserti Nahidlə etməmək qərarına gəldik. Daha sonra fərqli biletləri satışa çıxartdıq. Mənim Nahid Emiloğlu barəsində heç bir şikayətim olmayıb. Yəni onu polisə mən verməmişəm".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































