"Park Cinema"da “Yaramaz Mən 3” Azərbaycan dilində!

"Park Cinema"da “Yaramaz Mən 3” Azərbaycan dilində!
Media nümayəndələri üçün təntənəli premyera keçirildi

Mediainfo.az xəbər verir ki, dünən "Park Cinema Flame Towers"da uşaqların və böyüklərin sevimli filmi "Yaramaz Mən 3" (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə təqdim olundu. Tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar, balacalar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşıladıları və bu cür təqdimatların davamlı olmasını dilədilər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları olduğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mirvatova (Lyusi), Ofeliya Novruzqızı (Valeri), Xələf Cavadov (Clayv) və digərləri səsləndiriblər.

"Dominos Pizza", "Shokki Mokki" və "Super Milky"nin dəstəyi ilə keçirilən media nümayişində qonaqlar əvvəlki seriallardan fərqli olaraq, "Yaramaz Mən-3"ün daha maraqlı və gülməli olduğunu qeyd ediblər.

Sinopsis: Qəhrəmanlarımızın üçüncü qayıdışına az qalıb. Çoxuşaqlı super agent, gözəlçə və ölümsüz minyonlar. Onlar dünyanı ələ keçirəcəklər.

Filmi 29 iyundan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.

Sinopsis: Qəhrəmanlarımızın üçüncü qayıdışına az qalıb. Çox uşaqlı super agent, gözəlçə və ölümsüz minyonlar. Onlar dünyanı ələ keçirəcəklər.

Dəvətə və təşkilatçılığa görə "Park Cinema"nın mətbuat katibi Kəmalə İsmayılovaya dərin təşəkkürümüzü bildiririk!

Hazırladı: Könül AYPARA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az