"Maşın" realiti şousunun növbəti buraxılışında gərgin anlar yaşanıb.
İştirakçılardan olan aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında dava olub.
Digər iştirakçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i çıxaracağını söyləyib.
P.Abıyeva isə Kənanı qorumaq üçün sevənlərindən C.Rəcəbovun əleyhinə səs istəyib.
Onun "Qardaşım üçün səs istəyirəm" sözləri S.Sultanı özündən çıxarıb.
Efir zamanı Pərvinlə Səidə bir-birinin ünvanına təhqirlər səsləndirib.
Pərvin "Mənə maraqlıdır Səidə özünə necə səs istəyəcək? Kənanın yerində mən təhlükədəyəm. O getsə, elə bilin mən getmişəm. Mənim ailəmə söz deməsinlər. Əlimdən xəta çıxar, bilərsən nə edəcəm. Sən kimsən mənim qardaşımın adını çəkirsən?" sözlərini deyib.
"Elə şeylər var ki, deyə bilmirsən. Nə edəcəksən, döyəcəksən bizi? Elə bil peyğəmbərə söz deyirsən" deyə, Səidə cavab verib.
Efir zamanı hər iki iştirakçının mikrofonları söndürülüb. M.Dadaşov Pərvinin ağzını əli ilə tutaraq danışmasına mane olub.
Aktrisa daha sonra sosial şəbəkə vasitəsilə efirdəki hərəkətinə görə üzr istəyib:
"Mən orada göründüyü kimi həyasız, ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Əsəb xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan əvvəl psixoloqla danışıb, sakitləşib gəldim. Proqramın qaydaları var. Bura müqavilə imzalayıb gəlmişəm. Burada şəxsiyyətə və ailəyə toxunmaq olmaz. Səidə mənim doğma qardaşıma dil uzatdı, özümdən çıxdım və o həddə çatdım. Heç kim canlı efirdə başqasının ailəsinə dil uzada bilməz. Orada nə mən, nə də qarşı tərəf söyüş işlətmədik. Murad Dadaşovun ağzımı tutmasının səbəbi məni sakitləşdirmək idi. Məni o vəziyyətdə gördüyünüz üçün üzr istəyirəm. Sabah efirdə də hər birinizdən canlı üzr istəyəcəm".
Həmin görüntülərə videonun 1:36:30 dəqiqəsindən baxa bilərsiniz. (axşam)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































