M Group Production"ın təşkilatçılığı ilə "Maşın Şou"nun 14-cü mövsümü start götürüb. ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb.
Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Qarşıdurma" adlanır. İlk qarşıdurmanın hədəfi isə Elton Hüseynovla Elcan Rəsulov olub. Elton Hüseynov Elcan Rəsulovu şoudan kənarlaşdırmaq istəsə də, səsvermənin nəticələri onun planlarını pozub. 36,42 faiztamaşaçı qalsın desə də, 63, 58 faiz isə getməsini istəyib. Beləliklə Maşın Şounun ilk tərk edən Elton olub. "Əslində getmək istəyirdim, amma sadəcə mən getmək istəyirəm deyib gedə bilməzdim. Oynadım, getdim", - deyə Elton bildirib.
Qeyd edək ki, yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:
Rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov. (baku ws)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































