Müğənni Elariz Məmmədoğlunun "Green Card" qazanması ictimaiyyətdə böyük marağa səbəb olub. Kifayət qədər yaşayış imkanlarına sahib olan müğənninin öz ölkəsini hansı səbəbdən tərk etmək istəməsi suallar doğurub. Məsələ ilə bağlı müsavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb.
Elariz Məmmədoğlu məsələdən bixəbər olduğunu, ümumiyyətlə "Green Card" haqda anlayışı olmadığını bildirdi: "O "Green Card" nə kartdır ki? Əgər mən o kartı alsam, indi Amerikanın hansı ölkəsində yaşaya bilərəm? Mən ümumiyyətlə Hindistanı xoşlayıram, orada yaşamaq istəyirəm. Gedib bir-iki məşhur şəhərini gəzmək istəyirəm.
Kart almaq üçün müraciət etməmişəm və heç xəbərim yoxdur. Bu ad təkcə məndə deyil. Əgər əvvəllər təkcə məndə isə, indi çox adamın adı Elariz Məmmədoğludur".
Müğənni başqa ölkəyə köçmək istəmədiyini də bildirdi: "Başqa ölkəyə köçmək fikrim yoxdur. Amma rayonlarımızdan Qəbələdə yaşamaq istəyərəm, çünki ora çox səfalı yerdir".
Qeyd edək ki, qafqazinfo.az saytı məlumat yayaraq bildirib ki, bu il Azərbaycanın 224 vətəndaşı "Green Card" sahibi olub. Onlar arasında keçmiş "Dəyirman" qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan "Green Card" udanların tam siyahısında yer alıb.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































