"M Group Production"ın komandası "Maşın Şou"nun 14-cü mövsümünə hazırlaşır.
"Maşın şou"nun aparıcısı Murad Dadaşov bildirib ki, şouda iştirak edəcək şəxsləri özü seçib. Onun sözlərinə görə, hazırda ciddi hazırlıqlar gedir: "Şou üçün çox mürəkkəb televiziya avadanlıqları gətirilib və artıq quraşdırılıb. Azərbaycanda bu miqyasda ikinci layihə yoxdur. Azərbaycanda ən çox büdcəsi olan şou proqram "Maşın" realiti şousudur. Büdcəmiz yarım milyon manatdır".
M. Dadaşov qeyd edib ki, şounun yüksək səviyyədə təqdimatı üçün Yaponiya istehsalı olan avadanlıqlardan istifadə olunacaq.
Mayın 28-dən etibarən "Azad Azərbaycan" kanalında yayımlanacaq şou 21 gün davam edəcək. Tamaşaçılar şounu hər gün saat 22.00-dan izləyə biləcəklər.
Şounun iştirakçıları 30 min dollar dəyəri olan "Nissan- Kicks" markalı avtomobil uğrunda mübarizə aparacaqlar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































