Mediainfo.az xəbər verir ki, Ötən gün "Brat Li" bədii filminin imza günü keçirilib.
Layihənin mətbuat katibi Fuad Mədətovun mətbuata verdiyi açıqlamasında bildirib ki, "CinemaPlus - 28 Mall"da təşkil olunan tədbir izdihamlı olub.
Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, meyxana ifaçısı Oqtay Kamil, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə və başqaları iştirak ediblər.
Pərəstişkarları ilə görüşən filmin qəhrəmanları onlarla şəkil çəkdirib və birlikdə filmi izləyiblər.
İdeya müəllifi Ruslan İsmayılovun olduğu ekran əsəri mayın 12-dən etibarən Azərbaycan kinoteatrlarında yayımlanır.
"As Media" və "NR production"un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi "CinemaPlus - Ganclik Mall", "CinemaPlus - 28 Mall", "CinemaPlus - Aygun City", "Nizami Kino Mərkəzi, "Azərbycan" kinoteatrı və Gəncə şəhərində yerləşən "CinemaPlus Xəmsə" kinoteatrında nümayiş olunur.
Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin layihənin mətbuat katibi Fuad Mədətov da filmə çəkilib.
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































