Mediainfo.az xəbər verir ki, azərbaycanlı müğənni Xədicə İbrahimli Manor Kanadada keçiriləcək Türk Xalqları festivalında Azərbaycanı təmsil edəcək.
Bu barədə jurnalist Fuad Mədətova müğənni özü məlumat verib. O, bildirib ki, bu ilin mayın 21-də Kanadanın Vankuver şəhərində təşkil olunacaq Türk Xalqları festivalında doğma Azərbaycanın təmsilçisi olacaq.
"Açıq havada 90 dəqiqə ərzində solo-konsert proqramıyla çıxış edəcəyəm. Həyəcanlı olsam da, üzərimdə çox ciddi hazırlaşıram. Həmçinin təşkilatçılar da festivalla bağlı məsuliyyətlə çalışırlar.", - X.İ.Manor deyib.
Qeyd edək ki, İstanbulda təhsil alan və orada yaşadığı vaxtlarda Türkiyə və Azərbaycan moda dünyasında stilist-modelyer kimi məşhurlaşan və həyata keçirdiyi moda nümayişləri ilə mətbuatın gündəminə gələn Xədicə, "Pöhrə" və "Yeni Ulduz" yarışmalarının ən fəal iştirakçılarından olub.
Müğənninin festivaldakı çıxışı musiqi aləmindəki bir neçə illik fasilədən sonra səhnəyə qayıdışıdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































