Mediainfo.az xəbər verir ki, Türkiyədə yayıma başlayan və artıq minlərlə tamaşaçının maraq dairəsinə səbəb olan "Söz" serialı reytinq cədvəlində ön pillələrdədir. Türk əsgərlərinin qəhrəmanlığından, düşmənlərə qarşı inadkarcasına mübarizə aparmasından bəhs edən bu serialı "Tims production" ərsəyə gətirib. Artıq 6-cı hissə yayıma hazır vəziyyətdədir.
Maraqlısı budur ki, 6-cı hissənin qısa məzmunu efirə verildikdən sonra Azərbaycan tamaşaçılarının seriala olan marağı daha da artıb desək, yanılmarıq. Belə ki, düşmənlər tərəfindən əsir götürülmüş türk əsgərləri "Azərbaycan əsgəri" marşının sözlərini dilə gətirirlər:
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima için-için.
Azərbaycan əsgərinə həsr olunmuş marşın tam versiyası:
Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
Boş oturma, çalış dedi, xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə
Marş, irəli ! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima için-için.
Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!
P.S. Qeyd edək ki, marşın bəstəsi Cavanşir Quliyevə məxsus olsa da, , sözləri türkiyəli şair Əli Kaminə aiddir. Məhz elə bu səbəbdəndir ki, şeir qəhrəman türk əsgərlərinə həsr olunmuş bir çox filmlərdə, eləcə də sənədli flmlərdə yer alıb (məsələn,"Çanaqqala 1915" filmində və s.)
Hazırladı: Günel Həbib
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































