Tanınmış azərbaycanlı aparıcı Könül Yusifqızı paytaxt restoranlarının birində qızı Səhərə doğum günü məclisi qurub. Mediainfo.az-ın məlumatına görə, bir çox şou-biznes nümayəndələrinin qatıldığı gecədə bir çox maraqlı məqamlar yaşanıb. İlk öncə aparıcı qızının xeyir işi barədə danışıb: "Qızımın ad günündə çox həyacanlıyam. Bir çox dostlarımı bu günkü məclisə dəvət eləmişəm. Gələnlərin canı sağ olsun, gəlməyənlər də nəmərlərini göndəriblər. Borclu-borclunun sağlığını istəyər. İndi prodüserim Rəqsanə ilə böyük bir layihə ərəfəsindəyəm. Mayın axırı, iyunun əvvəli efirə gəlirik. Hansı kanalda veriliş aparacağımı isə açıqlamıram. Mən elə də böyük məclisləri sevmirəm. Bu mənim ilk böyük məclisimdir. Belə düşündük ki, bu ad günü ilə də bütün işlərimizə, layihələrimizə start verək".
Aparıcı sözlərini bitirdikdən söz verilib musiqiyə. Tanınmış müğənnilərin ifaları bir-birini əvəz edib. K.Yusifqızının şıdırğı rəqsi isə gecəyə xüsusi maraq qatıb.
Qeyd edək ki, ad gününə xalq artisti, aktrisa Həmidə Ömərova, Rada Nəsibova, əməkdar artist Cavanşir Məmmədov, müğənni Rüfət Aslanov, Rövşən Civişov, Sevinc Musayeva, Aşıq Namiq, aparıcı Afaq Gəncəli, Lətafət Ələkbərova stilist Nigar İbrahimova və digər tanınmışlar gəlmişdi.
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































