Afaq Aslan Lalə Məmmədovanın rəyinə belə cavab verdi

Afaq Aslan Lalə Məmmədovanın rəyinə belə cavab verdi
"Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər"

Əməkdar artist Lalə Məmmədova ilə müğənni Afaq Aslan arasında sosial şəbəkədə qalmaqal yaşanıb.

Mediainfo.az-ın məlumatına görə, L.Məmmədova A.Aslanın şəklinin altına "Xahiş edirəm müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox!" şərhini yazıb. A.Aslan isə onun bu sözlərinə bu gün cavab verib:

"Mənim haqqımda rəy bildirməyə çalışan şou nümayəndələri, hərə getsin öz işi ilə məşğul olsun. Hərə getsin özünə və keçmişinə nəzər salsın, daha sonra mənim haqqımda rəy yazsın. İlk öncə sənətə gəlmək üçün keçdiyi keşməkeşli yolları nəzərə salsın, ondan sonra mənim haqqımda danışa bilsin. Namusdan, qeyrətdən xəbərsiz, xəbəri olmayan elə namusu əlində bayraq edir. Kimdə nədən yoxdur, hər zaman ondan danışır. Mənə sataşmaqla özlərinə reklam qazanmaq istəyirlər. Mənim geyim tərzimin kimə istisi, soyuğu var? Bacarırlarsa, özləri geyinsinlər. Amma qorxurlar ki, artıq çəkiləri, qat-qat sallanan qarınları görsənər. Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər, daha sonra evli kişidən uşaq dünyaya gətirirlər, daha sonra camaata dərs keçmək iddiasına düşürlər. Haqqımda danışan hər bir kəsə cavab verəcək sübutlarım var. Ağızlarına yiyəlik eləsinlər. Yoxsa… Elə burada saxlayım. Çünki ağzımı açsalar, açacam sandığı, tökəcəm pambığı".

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az