Mediainfo.az xəbər verir ki, Türkiyənin ən baxımlı filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən "Receb İvedik- 5" komediyası 4 maydan Park Cinema kinoteatrlar şəbəkəsində yayımlanacaq. Metropark, Park Bulvar, Flame Towers, Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışına da start verilib.
Sinopsis
Rəcəb İvedik məhəllə sakinlərindən olan İsmətin ailəsinə başsağlığı vermək üçün gedəndə arvadının əziyyət çəkdiyini görür və ona kömək etmək istəyir. Sürücü İsmətin axırıncı vəzifəsini yerinə yetirmək üçün Nurullah ilə birgə yola düşürlər. Bu yolculuğun qısa olmasını guman edən Rəcəb, cavan idmançılardan ibarət Milli Klubu xaricdəki bir idman təşkilatına apardığını başa düşəndə, artıq hər şey üçün gec olur.
İdman təşkilatında iştirak edən klubun başına bədbaxt hadisə gəlir, işlər bir-birinə qarışır və Rəcəb bu işin öhdəsindən gəlmək istəyir. Qazanmaqdan başqa çarəsi olmadığına inanan Rəcəb, hadisələri öz üsulları ilə həll etmək istəyəndə bir-birindən gülməli vəziyyətlər baş verir.
Şahan Gökbakarın yaratdığı Rəcəb İvedik rolunun beşinci məcarası yenə bir-birindən əyləncəli hadisələrlə dolu, oxşarı olmayan bir komedya kimi tamaşaçılara təqdim edilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































