"Bu gün mənim həyatımda ən özəl gündür. Düz 24 il bundan qabaq tanrı mənə dünyanın ən gözəl hədiyyəsini, mələyini göndərdi".
Bu sözləri Mediainfo.az-a müğənni Nadir Qafarzadə deyib. O bildirib ki, 24 il bundan qabaq, mayın 2-də ailə qurub: "Daim tanrının hər verdiyinə şükürlər edirəm. Bəzən həyatdan bezdiyim anlar da olur. Amma o anlarda mənə dayaq, dəstək olan bir tək insan olur. Bu insan illərdir mənim kaprizlərimə dözür. Çünki onu nə qədər çox sevdiyimi, dəyər verdiyimi bilir. Bu gün ailəmdə özəl gündür. 1993-cü il mayın 2-dən etibarən bir-birimizə söz verdik. Birgə addımlamağı, ağrılara, acılara sinə gəlməyi... Allahıma çox şükür edirəm ki, qarşıma Sevinc çıxıb. Hər zaman demişəm, yenə də deyirəm. Onsuz mən bu həyatda yoxam. Mən onunla nəfəs alıram. Mahnımda da deyildiyi kimi ömrüm dadınla dolu, qəlbim odunla dolu, dünya qadınla dolu, sən mənim xanımısan. İndi bəzi ağzı göyçəklər deyəcək ki, ailəsini reklam edir. Bu reklam deyil, bu sevgi hekayəsidir. Dünyanı sənlə sevirəm".
Şəlalə Nəriman
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































