Mediainfo.az xəbər verir ki, Nizami Kino Mərkəzində mayın 04-dən etibarən "Rəcəb İvedik 5" türk filminin nümayişi başlanacaq.
Filmdə Rəcəb İvedik obrazı ilə Türkiyə və türk dünyasında məhşurlaşan aktyor Şahan Gökbakar bu dəfə ətrafındakı qrupla birlikdə yarımçıq qalmış vacib bir işi tamamlamaq üçün yola çıxır. Gənc idmançıları müsabiqələrə aparmaq üçün təlimat alan Rəcəb, hər zaman olduğu kimi qaş düzəltmək yerinə vurub göz çıxarır və bu səbəbdən Türkiyəni atletika, boks, güləş və digər idman növləri üzrə təmsil etmək onun və komandasının boynuna qalır...
Türkiyənin "Çamaşırhane Produksiyon" kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orkan Varan və Deniz Ceylan çəkiliblər.
Biletləri üç gün qabaqdan Nizami Kino Mərkəzinin kassalarından ala bilərsiniz.
Könül AYPARA
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































