Əli Mirəliyev: "Bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür..."

Əli Mirəliyev: "Bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür..."

Bizim vaxtda da belə idi. Ərdə olan, olmayan bir çox xanım müğənninin ətrafında mağaza sahibləri, fabrik müdirləri var idi. İndi də hansı müğənniyə baxırsan, onu ya biznesmen saxlayır, ya məmur, ya da deputat.

Bu sözləri azxeber.com-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

Müğənni qeyd edib ki, gənc xanım müğənnilər efirə özlərinə müştəri tapmaq üçün çıxır:

"Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar, mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır? Siz də bilirsiz ki, onlara nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün. Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə, heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir, o müğənnnin, o qızın nömrəsini tapın, danışın, gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyaram, heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür".

Əli Mirəliyev TV-ləri də tənqid edib:

"Bəziləri kişi şalvarı geyinib efirə çıxıb, veriliş aparır. Bunları efirə buraxmasınlar. Niyə bizim gənclərimizi məhv edirlər, niyə mənim övladlarım elə şeylərə baxmaldır? Efirdə işləyən o adamları işdən uzaqlaşdırmaq lazımdır. Telekanal rəhbərləri 3-cü cins müğənniləri efirə buraxmamalıdırlar. Özüm hər efirə getmirəm. Artıq efirlərdə musiqi yoxdur. Ancaq qalmaqal, dava, şou xatirinə olan verilişlərdir. Efirlərdə hansısa bədbəxti çağırıb, danlayırlar. Əgər "duxları" çatırsa, getsinlər deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az