Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.
"Ölkə.Az"ın məlumatına görə, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb. Son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.
Məsələ ilə bağlı açıqlama verən Damla belə bir problemin olduğunu etiraf etdi. Lakin o, heç vaxt Rusiyaya girişinə qadağa qoyulmadığını bildirdi: "Heç vaxt Rusiyaya qadağam olmayıb. Sadəcə olaraq bir ay bundan əvvəl "stop" qoyulmuşdu, bunu da həll etdik. İstənilən ölkəyə gedəndə qeydiyyatdan keçməlisən. Mən də qeydiyyatdan keçməmişdim. Ona görə də müvəqqəti qadağa qoyulmuşdu. O ki qaldı mənim kiməsə borcum olmağına, mənə borcu olanlar var. Mənim heç kimə borcum yoxdur".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































