Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb.The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib.
Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.
Qeyd edək ki, ABŞ-ın Main Ingredient qrupu ötən əsrin 70-ci illərində məşhurlaşıb. 1972-ci ildə Kyuba Qudinq bu kollektivin ən məşhur Everybody Plays the Fool mahnısını ifa edib. Bu mahnı mötəbər "Grammy" musiqi mükafatının nominantı olub.
Kyuba Qudinq Hollivud aktyoru, Oskar mükafatı laureatı kiçik Kyuba Qudinqin atasıdır. (apa)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































