Bu gün səhər saatlarında Sevil və Sevinc Səfərova bacıları yeni aldıqları avtomobillə qəza törədərək, adam vurublar.
"Kişiyə heç nə olmayıb. Sadəcə, piyada keçidi olmayan yerdən keçib və qorxub. Ancaq kamera görüntülərinə də baxıblar ki, maşın kişiyə dəymir. Sadəcə ondan narahatıq ki, yaşı çoxdur, 87 yaşı var. Hazırda "Semaşko"dadır".
Bu fikirləri müğənnilər Sevil və Sevinc Səfərovaların köməkçisi Yeganə Babayeva bildirib.
Y.Babayevanın sözlərinə görə, hazırda məsələ polis tərəfindən araşdırılır.
Hadisə ilə bağlı bacılarla da əlaqə saxlanılıb. Sevil və Sevinc Səfərovalar açıqlamalarında ciddi bir şeyin olmadığını bildiriblər:
"Hər şey qaydasındadır. Şükür ki, həm biz, həm o yaxşıdır. Yanındayıq. Narahatçılığa gərək yoxdur. Daha yaxşı olacaq".
Qeyd edək ki, bu gün təxminən səhər saat 09:00 radələrində bacıların idarə etdiyi "Dodge Durango" markalı avtomobil İçərişəhərin yaxınlığında, "Qoşa qala qapısı" adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. (ölkə)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































