N.Qaraçuxurlu ilə finala kimi yüksələn meyxanaçı narkotikdən ölüb

N.Qaraçuxurlu ilə finala kimi yüksələn meyxanaçı narkotikdən ölüb

Yasamal rayonu Şərifzadə küçəsindəki evində yüksək dozalı narkotik vasitənin təsiri ilə vəfat edən meyxanaçı Əlislam İslamov dəfn edilib.

Yaxınları onun narkotik vasitədən öldüyünü təsdiqləyiblər.

Ə.İslamovu tanıyanlar deyiblər ki, o, uzun illərdir narkotik qəbul edirmiş. Bu müddət ərzində ailə üzvlərinin də təkidi ilə bir neçə dəfə müalicə olunan və xəstəxanaya da yerləşdirilən meyxanaçı narkotik asılılığından yaxa qurtara bilməyib.

Qeyd edək ki, Ə.İslamov 90-cı illərin sonlarında meyxanaçı kimi məşhurlaşmağa başlayıb və 1997-ci ildə meyxana turnirində Namiq Qaraçuxurlu ilə finala çıxıb. Efirlərə demək olar ki, çıxmayan sənətçi el məclislərindəki deyişmələri ilə bir çoxlarının yadında qalıb. (lent)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az