Müğənni Nərgiz Hüseynli mərhum həmkarı Şəfa Hüseynovanın xatirəsinə həsr olunan yeni yaradıcı işini təqdim edib.
Mediainfo.az-ın məlumatına görə, N.Hüseynli Şəfa Hüseynovanın repertuarında yer alan "Əylən-əylən" mahnısına müraciət edib və həmin mahnıya klip çəkdirib.
"Sənətinə hörmət etdiyim Şəfanın repertuarına rəğbət bəsləyirəm. Onun ifalarını tez-tez dinləyirəm. Yeni aranjemanda ifa etdiyim bu mahnıyla onu yad etmiş olduq. Şəfa yaşasaydı, martın 29-da 42 yaşını qeyd edəcəkdi. Allah rəhmət eləsin!", - deyə, N.Hüseynli təəssüratlarını bölüşüb.
Mahnının aranjeman müəllifi İlkin Valehoğludur. Klipin rejissoru Rauf Sahiboğluna, operatoru və montajı Ağakişi Behbudoğluna məxsusdur.
Məlumat üçün bildirək ki, N.Hüseynli mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































