Mediainfo.az xəbər verir ki, Azərbaycanlı rejissor Elmar Bayramov tərəfindən ilk dəfə olaraq action və triller janrında çəkilən "Don Marleone" filminin 29 mart saat 12.00-da "Park Bulvar" AVM-də təqdimat mərasimi keçiriləcək.
"Don Marleone" naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir. Bu film məhşur "Xaç atası" filminə parodiya olduğu üçün komedik elementlərlə də zəngindir
Filmdə baş rolda tanınmış model, "Best Model of the World 2007" yarışmasının qalibi Rüstəm Cəbrayılov çəkilib.
Ssenari müəllifi Rəşad Süleymanoğludur. Ekran əsərində Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb. Filmin quruluşçu rejissoru, Kapoeyra federasiyasının vitse-prezidenti Elmar Bayramovdur. O bundan öncə də aksion səhnələri ilə tamaşaçıları heyran edib. Peşəkar idmançı olan E.Bayramov filmin döyüş səhnələrində çəkilib.
Qeyd edək ki, filmin çəkilişi Azərbaycann müxtəlif məkanlarda, eləcə də İtaliyada keçirilib.
Hazırladı: Könül AYPARA
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































